Azərbaycanda muzdla çalışan işçilərin sayı 1,506 mln. nəfərə çatıb
- 05 avqust, 2015
- 14:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatında bu ilin iyulun 1-nə muzdla çalışan işçilərin sayı 1 505,9 min nəfər olub, onlardan 874,4 min nəfəri iqtisadiyyatın dövlət, 631,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, muzdla işləyənlərin 22,3%-i təhsildə, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2%-i sənayedə, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8%-i tikintidə, 4,6%-i nəqliyyat və anbar təsərrüfatında, 3,8%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 17,8%-i iqtisadiyyatın digər sahələrində məşğul olublar.
Cari ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 457,2 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.