DMX rəisi: "Ötən il 464 azərbaycanlı xaricdən readmissiya ilə geri qaytarılıb"

Sosial müdafiə
  • 11 yanvar, 2019
  • 07:14
DMX rəisi: Ötən il 464 azərbaycanlı xaricdən readmissiya ilə geri qaytarılıb
DMX rəis­i Vüsal Hüseynov
Report/ Elchin Murad

Bakı. 11 yanvar. REPORT.AZ/ "2018-ci ildə xarici ölkələrdən Azərbaycan Respublikasına 464 vətəndaşın readmissiyası həyata keçirilib". 

"Report" xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) 2018-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında DMX rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, ölkədə qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 16 faiz artım müşahidə olunub: " Hazırda bu şəxslərin sayı 78 nəfərdir".