"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Yunanıstanda keçirilən sərgidə iştirak edir
- 06 iyun, 2018
- 05:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 iyun. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinadakı dünyanın ən böyük dənizçilik sərgilərindən sayılan 25-ci "Poseydoniya-2018" işə başlayıb.
"Report"un məlumatına görə, sərgidə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC də öz stendi ilə təmsil olunur. Stenddə Azərbaycanın dənizçilik sahəsi, o cümlədən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Gəmiqayırma Zavodu haqqında məlumatlar, videoçarxlar nümayiş etdirilib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sərgi çərçivəsində "B2B" formatında bir sıra işgüzar görüşlər keçirib, dənizçilik sahəsində nüfuzlu beynəlxalq şirkətlərlə müzakirlər aparıb. Danışıqlarda Gəmiçiliyin fəaliyyət istiqamətləri, Xəzərdə və xarici sularda üzən donanmaları haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, stenddə həmçinin milli güşə yaradılıb, milli süvenirlər sərgilənir, Azərbaycan tarixi, mədəniyyəti, mətbəxi təqdim olunur.