Naxçıvanda sənaye və kənd təsərrüfatı istehsalı artıb
- 11 iyun, 2026
- 12:13
Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 226,1 milyon manatlıq sənaye məhsulu istehsal olunub.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 % çoxdur.
Sənaye məhsulunun 196,7 milyon manatlıq hissəsi malların, 29,4 milyon manatlıq hissəsi xidmətlərin payına düşüb, 0,1 %-i mədənçıxarma, 82,2 %-i emal, 16,2 %-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,5 %-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Bundan başqa, 5 ay ərzində muxtar respublikada 92,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub. Bu isə 1 il əvvələ nisbətən 0,7 % çoxdur.
Hesabat dövründə Naxçıvanda 2,9 milyon ton yük və 19,25 milyon sərnişin daşınıb. Bunlar isə illik müqayisədə müvafiq olaraq 1 % və 0,9 % çoxdur.
Yanvar-mayda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 1 il əvvələ nisbətən 8,6 % az - 86,8 milyon manat olub.