Azərbaycan mebel idxalına çəkdiyi xərci 4 %-dən çox azaldıb

Sənaye
  • 17 iyun, 2024
  • 11:29
Azərbaycan mebel idxalına çəkdiyi xərci 4 %-dən çox azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 53 milyon 736,05 min ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin ilk 5 ayı ilə müqayisədə 2 milyon 302,51 min ABŞ dolları və yaxud 4,1 % azdır.

Mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,74 %-ni təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 18 milyard 439 milyon 272,4 min ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 138 milyon 581 min ABŞ dolları ixracın, 7 milyard 300 milyon 691,4 min ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 30,9 % azalıb, idxal isə 6,75 % çoxdur.