Azərbaycan bu il 7,4 mln. dollarlıq karbamid ixrac edib
Sənaye
- 14 may, 2020
- 07:51
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 50,4 min ton həcmində azot gübrəsi ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 7,4 mln. ABŞ dolları təşkil edib.
Azot gübrəsininin dörd ayda qeyri-neft sektoru üzrə ixracda payı 1,34% olub.
Qeyd edək ki, azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib. Zavod il ərzində 435 milyon kubmetr təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.
İstehsal həcminin 70 faizi ixrac üçün nəzərdə tutulur.
Son xəbərlər
06:42
"Bloomberg": Almaniyanın ÜDM-i 2027-ci ildə 1,1% arta bilər
Digər ölkələr06:06
ABŞ-də ilk dəfə burbon virusuna yoluxma aşkar edilib
Digər ölkələr05:35
ABŞ-də atışma zamanı üç nəfər həlak olub
Digər ölkələr05:05
Macarıstanda "Pakş" AES-in fəaliyyəti dayandırılacaq
Digər ölkələr04:32
"Sopranolar klanı" serialının aktyoru Vinsent Pastore vəfat edib
Digər ölkələr03:56
Türkiyədə kişi çayda boğulan oğlunu xilas etmək istəyəndə axına düşüb
Region03:27
Tramp Venesuelanın xəritəsini yenə "51-ci ştat" yazısı ilə paylaşıb
Digər ölkələr02:58
Əraqçi: ABŞ və İsrailin hücumlarına qətiyyətli cavab veriləcək
Region02:31