Ülvi Mehdiyev: "ASAN xidmət" uzun illərdir, Azərbaycanın intellektual brendinə çevrilib

Xarici siyasət
  • 05 noyabr, 2026
  • 12:16
Ülvi Mehdiyev: ASAN xidmət uzun illərdir, Azərbaycanın intellektual brendinə çevrilib

"ASAN xidmət" uzun illərdir, Azərbaycanın intellektual brendinə çevrilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" adlı beynəlxalq sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ümumilikdə 600-dən çox "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir.

Ü.Mehdiyev əlavə edib ki, sammit çərçivəsində dövlət xidmətləri və idarəetmə sahəsində ASAN xidmət modeli kimi uğurlu təcrübələrin təbliği və müzakirəsi, eləcə də bu sahədə qarşıda duran çağırışların müzakirəsi nəzərdə tutulur.

Tədbirin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına verə biləcəyi töhfələrdən danışan Agentlik sədri qeyd edib ki, sammit çərçivəsində BMT Baş katibinin müavini Azərbaycan dövlətini "ASAN xidmət" modelinin Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfələrə görə xüsusi Təşəkkürnamə ilə təltif edib:

"Bu, Azərbaycan üçün gözlənilməz və eyni zamanda, qürurverici hadisə olub. Şəffaflığın təmin edilməsi, bürokratiyanın aradan qaldırılması, xidmətlərin hər kəs üçün əlçatan olması və heç kimin kənarda qalmaması Dayanıqlı İnkişaf Məqsədlərinin əsas prinsiplərindəndir. Azərbaycanın bu prinsiplərə əməl etməsi və əldə etdiyi təcrübəni dünya dövlətləri ilə bölüşməsi BMT səviyyəsində növbəti dəfə qiymətləndirilib".

44 filmi