Şəmkirdə Mərkəzi Xəstəxananın tikintisinin başa çatdırılmasına 7,6 milyon manat ayrılıb

Sağlamlıq
  • 07 aprel, 2018
  • 14:48
Şəmkirdə Mərkəzi Xəstəxananın tikintisinin başa çatdırılmasına 7,6 milyon manat ayrılıb

Bakı. 7 aprel. REPORT.AZ/ Şəmkir Rayon Mərkəzi Xəstəxanasının (RMX) tikintisinin başa çatdırılması məqsədi ilə Səhiyyə Nazirliyinə 7,6 milyon manat ayrılıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Şəmkir RMX-nin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı bu barədə sərəncamda deylir.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə isə göstərilən məbləğdə maliyyələşməni təmin etmək göstərişi verib.