Qebreyesus: Konqoda Eboladan 177 ehtimal edilən ölüm halı qeydə alınıb
- 22 may, 2026
- 15:30
Yeniliklərdən dərhal xəbərdar olun!
Konqo Demokratik Respublikasında Ebola virusuna 750-yə yaxın ehtimal edilən yoluxma halı barədə məlumat var.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, həmçinin bu xəstəliklə bağlı 177 ehtimal edilən ölüm halı məlumdur.
"Konqoda Ebola ilə bağlı vəziyyət ciddi narahatlıq doğurur. Hazırda 82 xəstəlik halı və 7 ölüm halı təsdiqlənib. Lakin biz bilirik ki, Konqoda epidemiyanın miqyası daha genişdir. İndi 750-yə yaxın şübhəli hal və 177 ehtimal edilən ölüm halı sayılır. Bu rəqəmlər epidemioloji nəzarət və laboratoriya tədqiqatları sistemləri təkmilləşdikcə dəyişir", - o qeyd edib.
Qebreyesus həmçinin bildirib ki, ÜST dəstək göstərmək üçün alovlanmanın epimərkəzi olan İturiyə (Konqo) əlavə qüvvələr göndərib.
The #Ebola situation in the #DRC is deeply worrisome. So far, 82 cases have been confirmed, with seven confirmed deaths. But we know the epidemic in the DRC is much larger. There are now almost 750 suspected cases and 177 suspected deaths. These numbers are changing as… pic.twitter.com/18TwFq50eY
— Tedros Adhanom Ghebreyesus (@DrTedros) May 22, 2026