Bu il Azərbaycanda 17 ana ölümü qeydə alınıb

Sağlamlıq
  • 18 oktyabr, 2017
  • 11:43
Bu il Azərbaycanda 17 ana ölümü qeydə alınıb
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova
Report/ Firi Salim

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Bu ilin 9 ayı ərzində Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə ana ölümlərinin sayında artım müşahidə olunmayıb".

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, hadisələrin sayı da müvafiq dövrdə eyni qalıb: "Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq".

Baş mama-ginekoloq bildirib ki, cari ilin 9 ayı ərzində ölkədə, ümumilikdə, 17 ana ölümü faktı qeydə alınıb. 

44 - Tezliklə