Azərbaycanda koronavirusdan ölümün azlığı effektiv mübarizənin sübutudur - RƏY

Sağlamlıq
  • 17 iyun, 2020
  • 11:00
Azərbaycanda koronavirusdan ölümün azlığı effektiv mübarizənin sübutudur - RƏY
Anar Həsənov

“Bu günədək 2 200-dən çox azərbaycanlı klinikamıza müraciət edib. Onlar arasında həm Azərbaycan, həm də Rusiya vətəndaşları var". 

Bu fikirləri “Report”un Rusiya bürosuna açıqlamasında "Aspirin" klinikasının baş həkimi Anar Həsənov deyib.

Onun sözlərinə görə, sağalma halları klinikamızda çoxdur: "Bu günədək 20-yə yaxın vətəndaşımızda ağırlaşma olub. Biz onları daha yüksək ixtisaslı xəstəxanalarda reanimasiya şobələrinə yerləşdirmişik. Təəssüf ki, bir neçə vətəndaşımızda müalicə təsirli olmayıb və letal sonluqla nəticələnib”.

Baş həkim bildirib ki, klinikanın koronavirusla mübarizə mərkəzlərindən birinə çevrilməsinin səbəblərindən biri soydaşlarımıza yardım etmək olub: "Bu günədək 300 Azərbaycan vətəndaşına klinikanın hesabına pulsuz müalicə və müayinə göstərilib. Ümumiyyətlə, Rusiyada pandemiyanın yayılmağa başladığı zaman soydaşlarımızın səsinə səs verməyə çalışdıq. Çünki ilk vaxtlar vəziyyət gərgin idi. Baxmayaraq ki, bizim fəaliyyət sahəmiz başqadır, amma mümkün qədər soydaşlarımıza kömək etməyə çalışdıq. Rəsmi müraciətdən sonra bizə ambulator şəraitdə həkim briqadaları yaratmağa və evlərə göndərməyə icazə verildi".

A.Həsənov Azərbaycan dövlətinin COVID-19-la mübarizəni vaxtında başladığını və görülən tədbirlərin effektiv olduğunu da vurğulayıb: “Azərbaycan dövlətinin gördüyü tədbirlər, həqiqətən, effektivliyini göstərdi. Yoluxma və ölüm hallarının azlığı isə bunun əyani sübutudur”.

44 - Tezliklə