Yerevanda baş vermiş atışmada iştirak edənlərdən biri həbs edilib

Region
  • 24 sentyabr, 2017
  • 02:12
Yerevanda baş vermiş atışmada iştirak edənlərdən biri həbs edilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Ermənistanın İstintaq Komitəsində Yerevan Vernisajında baş vermiş qətl işi üzrə 60 yaşlı R.Xaçaturyana qarşı ittiham irəli sürülüb.

"Report"un məlumatına görə, bu haqda komitədən "News.am"a xəbər verilib.

Sentyabrın 14-də Yerevanın mərkəzində, Vernisajın yaxınlığındakı mehmanxanada atışma olub. Atışma zamanı 1974-cü il təvəllüdlü Qaqik Mosinyan öldürülüb. 1978-ci il təvəllüdlü Vaaqn Abqaryan isə yaralanaraq xəstəxanaya yerləşdirilib.

İstintaq qətlin əvvəlcədən hazırlandığını müəyyən edib. Faktla bağlı üç şübhəli şəxs barəsində axtarış elan edilib.

Onlardan biri – R.Xaçatryan həbs edilib və istintaqa təhvil verilib. Artıq o, sorğu-sual edilir.

İstintaq davam edir. 

44 - Tezliklə