Ukrayna Təhlükəsizlik Şurası: "Moskvaya PUA hücumunu biz təşkil etməmişik"

Region
  • 02 iyun, 2023
  • 09:46
Ukrayna Təhlükəsizlik Şurası: Moskvaya PUA hücumunu biz təşkil etməmişik

"Moskvaya pilotsuz uçuş aparatlarının (PUA) hücumunda Ukraynanın heç bir əlaqəsi yoxdur".

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilov deyib.

O, bu hücumun Rusiyanın özü tərəfindən təşkil edilməsinin mümkünlüyünü ifadə edib: “Bəlkə də, onlar bu yolla hansısa əməliyyatlara hazırlaşırlar”.

O.Danilov Moskvanın Rusiyanın ən çox mühafizə olunan ərazisi olduğunu xatırladıb: “Hətta Prezident Vladimir Putin də orada olur. O zaman müdafiə sistemləri haradadır?”.

Qeyd edək ki, mayın 30-da Moskvaya PUA-larla hücum olub.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

44 filmi