​Türkiyənin 6 əyalətində qara görə məktəblər bağlanıb

Region
  • 04 dekabr, 2015
  • 06:26
​Türkiyənin 6 əyalətində qara görə məktəblər bağlanıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Güclü qar yağması səbəbindən Türkiyənin 6 əyalətinin məktəblərində tətil elan edilib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, ölkənin Şırnak, Rize, Van, Kastamonu, Bolu və Siirt əyalətlərinin bir sıra rayonlarındakı məktəblər bir və iki günlüyə bağlanıb.

Hazırda texnika qarın bağladığı yolları təmizləyir.

44 - Tezliklə