Türkiyədən Suriyaya qayıdanların sayı 1.5 milyonu ötüb

Region
  • 17 noyabr, 2026
  • 14:17
Türkiyədən Suriyaya qayıdanların sayı 1.5 milyonu ötüb

Suriyada Bəşər Əsəd rejimi devriləndən sonra Türkiyədən könüllü qayıdan suriyalıların sayı 1 milyon 515 min 392 nəfərə çatıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, bu məlumatı Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi açıqlayıb.

O vurğulayıb ki, 2024-cü il dekabrın 9-dan 2026-cı il oktyabrın 31-dək 775 389 suriyalı könüllü şəkildə ölkəsinə dönüb.