Türkiyədə avtobus aşıb, ölən və yaralananlar var

Region
  • 01 fevral, 2023
  • 04:01
Türkiyədə avtobus aşıb, ölən və yaralananlar var

Türkiyədə Tokat-Sivas yolunun Kızıliniş hissəsində güclü qar yağıntılarına görə idarəetmədən çıxan minik avtobusu aşıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Bildirilib ki, olay yerinə jandarm, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub.

Yaralanan sərnişinlər bölgədəki xəstəxanalara çatdırılıblar.

44 - Tezliklə