Azərbaycan bankları I yarımildə 62 milyon manat qeyri-işlək krediti silib

Maliyyə
  • 13 oktyabr, 2026
  • 17:41
Azərbaycan bankları I yarımildə 62 milyon manat qeyri-işlək krediti silib

Bu ilin I yarısında Azərbaycanın bank sektorunda 62 milyon manat qeyri-işlək kreditin silinməsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir.

Sənədə əsasən, silinmələrin 92 %-i (57 milyon manat) istehlak portfeli üzrə, 8 %-i (5 milyon manat) isə biznes portfeli üzrə olub.

44 filmi