Pepe Portuqaliya Futbol Federasiyası fondunun İdarə Heyətinə üzv seçilib

Futbol
  • 13 oktyabr, 2026
  • 17:45
Pepe Portuqaliya Futbol Federasiyası fondunun İdarə Heyətinə üzv seçilib

Pepe Portuqaliya Futbol Federasiyası (FPF) fondunun İdarə Heyətinə üzv seçilib.

"Report" xəbər verir ki, bu barədə FPF-nin mətbuat xidməti məlumat yayıb.

Portuqaliya millisinin sabiq üzvü 2007–2017-ci illərdə İspaniyanın "Real" klubunda 334 matçda meydana çıxıb və 14 titul, o cümlədən 3 dəfə UEFA Çempionlar Liqasını, 3 dəfə La Liqanı qazanıb. Pepe Portuqaliya yığmasının heyətində 2016-cı ildə Avropa çempionu, 2019-cu ildə isə UEFA Millətlər Liqasının qalibi olub.

Qeyd edək ki, 41 yaşlı keçmiş futbolçu 2024-cü ilin avqustunda karyerasını başa vurub.

44 filmi