Türkiyədə ağır yol qəzası: 5 ölü, 2 yaralı var

Region
  • 02 iyul, 2016
  • 09:41
Türkiyədə ağır yol qəzası: 5 ölü, 2 yaralı var

Bakı. 2 iyul. REPORT.AZ/ Türkiyənun Bolu şəhərində ağır yol qəzası baş verib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bolu-Zonquldağ avtomobil yolunun Mengen rayonundan keçən hissəsinin çıxışındakı Dorukan tunelində olub.

Məlumata görə, yük maşını yol kənarındakı baryerlərə çırpılaraq yanıb. Nəticədə sürücü də daxil olmaqla 5 nəfər ölüb. Bundan başqa, yük maşınının yedəyindəki avtomobildə olan 2 nəfər xəsarət alıb. Yanğınsöndürənlər yanğını yalnız iki saat sonra söndürməyə müvəffəq olublar.

Faktla bağlı araşdırma aparılır. 

44 - Tezliklə