​Türkiyə parlamenti rəhbərliyinin tərkibi təsdiqlənib

Region
  • 08 iyul, 2015
  • 13:31
​Türkiyə parlamenti rəhbərliyinin tərkibi təsdiqlənib

Bakı. 8 iyul. REPORT.AZ/ Türkiyə Böyük Millət Məclisini Baş Assambleyanın18 nəfərlik tərkibi təsdiqlənib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Xəbərə görə, partiyalar üzrə qurumun  tərkibi belə müəyyənləşib: Ədalət və İnkişaf Partiyasından (AKP) məclisin müavini, katibliyin 4 üzvü, inzibati orqana 2 üzv, Cümhuriyyət Xalq Partiyasından (CHP) məclis sədrinin müavini, katibliyiə 2 üzv, inzibati orqana bir üzv, Milliyyətçi Hərəkat Partiyası (MHP) məclis müavini, katibliyə bir üzv, inzibati orqana bir üzv, Xalqların Demokratik Partiyası (HDP) məclis müavini, katibliyə bir üzv, inzibati orqana bir üzv.