Odessada valideynlərini öldürüb qardaşını yaralayan şəxs intihar edib
Digər ölkələr
- 30 avqust, 2026
- 03:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Odessada 50 yaşlı kişi valideynlərini güllələyib qardaşını yaraladıqdan sonra intihar edib.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukraina" Odessa vilayəti Milli Polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Hadisə avqustun 29-da, şənbə günü şəhərin Kiyev rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, kişi ov tüfəngindən istifadə edib. Onun valideynləri həlak olub, yaralı qardaşı isə xəstəxanaya yerləşdirilib. Polis gəldikdən sonra kişi özünü güllələyib.
Hadisə yerində müstəntiqlər, kriminalistlər və əməliyyatçılar çalışır.
Faktla bağlı iki və daha çox şəxsin qəsdən öldürülməsi maddəsi ilə istintaq başladılıb.
Son xəbərlər
13:04
Camal Qamzatxanov dünya çempionatında 1/8 finala yüksəlib - YENİLƏNİB
Fərdi13:03
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb
Fərdi13:02
Bazar günü Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Ekologiya12:54
Nyu-Dehlidə "Tarakanlar"ın lideri irimiqyaslı etiraz aksiyası ərəfəsində saxlanılıb
Digər ölkələr12:50
Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb
Biznes12:47
Azərbaycan cüdoçusu Uşanqi Kokauri dünya çempionatının 1/8 finalına yüksəlib
Fərdi12:43
Foto
AMADA Bakıdakı dünya çempionatında maarifləndirmə proqramı həyata keçirib
Fərdi12:36
İsmayıllıda ev və köməkçi tikili yanıb
Hadisə12:23