FT: Airbus ABŞ-dəki kosmik bölməsini satmaq niyyətindədir
Digər ölkələr
- 30 avqust, 2026
- 02:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropanın ən böyük aerokosmik şirkəti "Airbus" peyk rabitəsi sahəsində ümumavropa konqlomeratının yaradılması istiqamətində səylərini birləşdirmək üçün Amerika kosmik bölməsinin satılması imkanını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hazırda şirkət potensial alıcıların onun Amerika biznesinə olan marağını qiymətləndirir. "Airbus US Space Systems"in aktivlərinə Floridadakı zavod daxildir.
Bölmənin gəliri bir neçə yüz milyon dollar həcmində qiymətləndirilir.
Jurnalistlər qeyd ediblər ki, Amerika aktivlərinin satışı "Airbus"ın 2024-cü ildə 989 milyon avro zərər gətirən biznesini bərpa etmək üçün növbəti cəhdi olacaq.
FT: Airbus намерена продать свое космическое подразделение в США
Airbus explores sale of US space business amid European merger plans
Son xəbərlər
20:07
G20 sammitində iqtisadi artım və təhlükəsizlik məsələləri müzakirə olunacaq
Digər ölkələr
19:44
Foto
"Qədim daş, müasir yaddaş" və "Məsuliyyət radiusu" layihələri təqdim olunub
Mədəniyyət siyasəti
19:36
Ştaynmayer: Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir
Digər ölkələr
19:28
Premyer Liqa: "Kəpəz" evdə növbəti qələbəsini qazanıb
Futbol
19:16
Mirzoyan: Bəyan edilən sülh regiondan kənardakı ölkələrə də real fayda gətirməlidir
Region
19:02
Londonda ABŞ səfirliyi qarşısında keçirilən aksiyada 300-dən çox şəxs saxlanılıb
Digər ölkələr
18:43
Foto
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Region
18:30
Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanılıb
Region
18:21
İran Hörmüz boğazının açılması ilə bağlı vasitəçilərlə məsləhətləşmələri davam etdirir
Region