AP: Nigerdə qiyam cəhdindən sonra onlarla hərbçi həlak olub və ya həbs edilib

Digər ölkələr
  • 30 avqust, 2026
  • 06:21
AP: Nigerdə qiyam cəhdindən sonra onlarla hərbçi həlak olub və ya həbs edilib

Nigerin paytaxtı Niameydə bir qrup gənc əsgərin qiyam cəhdindən sonra onlarla hərbçi həlak olub və ya həbs edilib.

"Report" "Associated Press"ə (AP) istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyası məlumat yayıb.

İğtişaşlar təxminən bir sutka davam edib. Toqquşmalar Prezident sarayının yaxınlığında, Niamey beynəlxalq hava limanının ərazisində yerləşən əsas hərbi bazada baş verib. Gecə saatlarında baza ərazisində intensiv atışma və partlayış səsləri eşidilib.

"RTN" telekanalının məlumatına görə, təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətə götürə və qiyamçıları saxlaya bilib.

Nigerin müdafiə naziri Salifu Modi bildirib ki, bir qrup hərbçi hərbi intizamı və nizamnaməni pozaraq bazada bir neçə zabiti girov götürüb və "həssas obyektlər"ə atəş açıb.

Analitiklərin və diplomatların sözlərinə görə, qiyamçılar şənbə günü gec saatlaradək baza ərazisində qalıblar. Prezident qvardiyası dövlət başçısının sarayının təhlükəsizliyini təmin edib və hərbi obyekt üzərində nəzarəti bərpa etmək üçün oraya göndərilib.

44 - Tezliklə