Rusiyada içərisində 40 sərnişinin olduğu təyyarə aeroportda uçuş-enmə zolağından kənara çıxıb
Region
- 18 avqust, 2025
- 09:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İçərisində 40 sərnişinin olduğu “An-24” təyyarəsi Tümen (Rusiya) hava limanında uçuş-enmə zolağından kənara çıxıb.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"İlkin məlumatlara görə, bu gün səhər saatlarında “An-24” təyyarəsi Roşino hava limanında havaya qalxarkən uçuş-enmə zolağından kənara çıxıb. Təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 40 sərnişin olub. Xəsarət alan olmayıb", - məlumatda bildirilib.
İlkin məlumata görə, hadisə əyləc sistemindəki nasazlıq səbəbindən baş verib.
Son xəbərlər
03:12
ABŞ Kanadadan olan bir sıra mallara 50 faizlik rüsumları ləğv edib - Yenilənib
Digər ölkələr
02:42
Tramp İrana qarşı yeni hərbi əməliyyatı istisna etməyib
Digər ölkələr
02:22
Bolqarıstanda prezident seçkiləri ərəfəsində sükut günü başlayıb
Digər ölkələr
01:47
Türkiyədə baş verən ağır qəzada dörd nəfər ölüb, bir nəfər yaralanıb
Region
01:30
Bağçalı: Türkiyə və Azərbaycanın bir-birinə güvəninin qorunması türk dünyasının gələcəyi üçün önəmlidir
Xarici siyasət
01:15
Makron Paris yaxınlığındakı atışmanı irqçilik zəminində törədilən ilk terror aktı adlandırıb
Digər ölkələr
00:39
Donald Tramp İrandan sonra Kuba ilə "məşğul olmaq" niyyətindədir
Digər ölkələr
00:18
SEPAH: Hörmüz boğazında dəniz minasına çırpılan iki tankerdə partlayış baş verib
Region
23:40
"Generali" sığorta şirkəti Almaniyada 800 iş yerini ixtisar edəcək
Digər ölkələr