Tokayev: Qurultaya seçkilər uğurla və qüsursuz təşkil olunub
- 24 avqust, 2026
- 14:51
Yeniliklərdən dərhal xəbərdar olun!
Qurultaya (parlament) seçkilər uğurla və qüsursuz təşkil olunub.
"Report" Akordaya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev beynəlxalq olimpiadaların qalibləri - məktəbli və tələbələrlə görüşündə bildirib.
"Vahid bir ölkə və xalq olaraq birləşərək genişmiqyaslı islahatlar həyata keçirdik. Yeni Konstitusiya qəbul edildi. Ölkəmizin əsas sənədində elm, təhsil və innovasiyalara üstünlük verilib. Ən əsası, yeni Konstitusiya gələcək nəsillərin rifahı naminə hazırlanıb. Elə dünən tariximizdə ilk dəfə olaraq Qurultaya seçkilər keçirildi. Bu seçkilər uğurla və qüsursuz təşkil olunub", - Tokayev deyib.
O, fəallığa və ölkənin yenilənməsi strategiyasını dəstəklədiklərinə görə Qazaxıstan vətəndaşlarına minnətdarlığını bildirib, həmçinin müşahidəçilərin işini yüksək qiymətləndirib.