Sabah Sabiha Gökçen hava limanından nəzərdə tutulmuş uçuşların 10 faizi ləğv olunub

Region
  • 22 noyabr, 2024
  • 14:46
Sabah Sabiha Gökçen hava limanından nəzərdə tutulmuş uçuşların 10 faizi ləğv olunub

İstanbuldakı Sabiha Gökçen hava limanından noyabrın 23-ü üçün nəzərdə tutulan uçuşların 10 faizi ləğv olunub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Buna səbəb kimi əlverişsiz hava şəraiti göstərilib.

Sərnişinlərə xəbərdarlıq edildiyi və onlara uçuşlarla bağlı son məlumatları izləmələri məsləhət görüldüyü bildirilib.

44 filmi