Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib

Region
  • 13 mart, 2019
  • 00:03
Saakaşvili Ukraynaya qayıtmaq qərarına gəlib
Mixeil Saakaşvili

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıtmaq niyyətində olduğunu bildirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, aprelin 1-də Kiyev hava limanında olacağını deyib.

Saakaşvili əlavə edib ki, bu qərar Ukrayna prezidenti Petr Poroşenkonun ikinci müddətə prezident seçkilərində iştirak edə bilməməsi ilə əlaqədardır.

O artıq təyyarəyə bilet də aldığını diqqətə çatdırıb.