Rusiyada YDM-də baş verən partlayış nəticəsində xəsarət alanların sayı artır – YENİLƏNİB-2
- 14 iyun, 2021
- 15:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində baş verən yanğın və onun səbəb olduğu partlayış nəticəsində xəsarət alanların sayı 25 nəfərdən 30-a çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə FHN-dəki mənbə məlumat verib.
“Yanacaqdoldurma məntəqəsindəki yanğından sonra insanlar tibbi yardım üçün müraciət etməyə davam edirlər. Son məlumatlara görə, onların sayı 30 nəfərə çatıb. 5 nəfər ambulator yardım alır, qalanları xəstəxanaya yerləşdirilib”, - mənbə bildirib.
Onun sözlərinə görə, yaralıların əksəriyyəti yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. “Onlardan yeddisinin vəziyyəti ağır, qalanlarınınkı orta ağır və ya yüngüldür”, - mənbə vurğulayıb.
19:10
Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində baş verən yanğın və onun səbəb olduğu partlayış nəticəsində xəsarət alanların sayı 25 nəfərə çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə tibb işçiləri məlumat verib.
Daha əvvəl təcili tibbi yardım həkimi İrina Bolşakova 21 yaralı barədə məlumat vermişdi. Onun sözlərinə görə, yaralılar arasında 9 yaşlı uşaq da var.
FHN-dəki mənbə isə 17 nəfərin xəstəxanaya yatırıldığını bildirib.
17:23
Rusiyanın Novosibirsk şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 6 nəfər yaralanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış şəhərin Qusinobrod şossesində olub.
Bildirilib ki, yaralılardan 4-ü hospitalda yanğın bölməsinə yerləşdirilib.