Rusiyada son sutkada 612 nəfər pandemiyanın qurbanı olub

Region
  • 21 yanvar, 2021
  • 08:03
Rusiyada son sutkada 612 nəfər pandemiyanın qurbanı olub

Rusiyada son bir gündə daha 21 887 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 655 839 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 612 nəfər artaraq 67 832-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 3 054 218 nəfər sağalıb.