Rusiya sərhədçisi Yerevanda asılmış vəziyyətdə tapılıb

Region
  • 24 iyul, 2019
  • 10:29
Rusiya sərhədçisi Yerevanda asılmış vəziyyətdə tapılıb

Rusiyanın Ermənistanda yerləşən Sərhəd Qoşunlarının 30 yaşlı hərbçisi Yerevanda asılmış vəziyyətdə tapılıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistan İstintaq Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Naira Arutyunyan bildirib.

Onun sözlərinə görə, sərhədçinin meyiti paytaxt Yerevanın Arabkir inzibati rayonundakı evlərdən birində aşkarlanıb. 

44 - Tezliklə