​Rusiya istehsalı olan raketlərin Türkiyəyə düşməsi nəticəsində 3 nəfər yaralanıb

Region
  • 05 may, 2016
  • 06:20
​Rusiya istehsalı olan raketlərin Türkiyəyə düşməsi nəticəsində 3 nəfər yaralanıb

Bakı. 5 may. REPORT.AZ/ Türkiyənin sərhəddə yerləşən Kilis rayonunun Yaşar Aktürk məhəlləsinə Suriyadan Rusiya istehsalı olan "Katyuşa" kompleksindən iki raketin düşməsi nəticəsində 2-si polis olmaqla 3 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İnformasiyada bildirilib ki, raket düşən əraziyə yaxın yerdə yerləşən evlərin pəncərələri sınıb, avtomobillərə ziyan dəyib, sakinlər arasında çaxnaşma yaşanıb.