Paşinyan: Rusiya sərhədçiləri avqustda "Zvartnots"u tərk edəcəklər

Region
  • 12 mart, 2024
  • 10:22
Paşinyan: Rusiya sərhədçiləri avqustda Zvartnotsu tərk edəcəklər
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan avqust ayında Rusiya sərhədçilərinin İrəvanda "Zvartnots" aeroportunu tərk edəcəyini bəyan edib.

"Report"un TASS-a istinadən verdiyi məlumata əsasən, N.Paşinyanın sözlərinə görə, bu siyasi deyil, işgüzar prosesdir.

"Biz Rusiya tərəfini qəbul edilən qərarla bağlı məlumatlandırmışıq. Avqustun 1-dən "Zvartnots" aeroportunda erməni sərhədçilər fəaliyyətə başlayacaq", - N.Paşinyan deyib.

44 - Tezliklə