Moskvada yaşayış binasında yanğın olub, 3 nəfər ölüb

Region
  • 22 yanvar, 2018
  • 06:58
Moskvada yaşayış binasında yanğın olub, 3 nəfər ölüb
РИА Новости / Евгений Биятов

Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiya paytaxtı Moskvanın mərkəzində yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, məlumatı Moskva Fövqəladə Hallar Xidməti yayıb.

Bir uşaq olmaqla 5 nəfər xilas edilib.

Yanğının səbəbi araşdırılır.