Cüdo üzrə dünya çempionatı: Gültac Məmmədəliyeva təsəlliverici görüşdə məğlub olub - YENİLƏNİB

Fərdi
  • 05 oktyabr, 2026
  • 14:22
Cüdo üzrə dünya çempionatı: Gültac Məmmədəliyeva təsəlliverici görüşdə məğlub olub - YENİLƏNİB

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, 52 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici görüşdə monqolustanlı Uranzaya Bayanmunxa məğlub olaraq medal qazanmaq şansını itirib.

Bu gün tatamiyə çıxan Nizami İmranov, Turan Bayramov və Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni dayandırıblar.

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda italiyalı Odette Qıuffridaya məğlub olub.

Buna baxmayaraq, G.Məmmədəliyeva medal qazanmaq şansını saxlayır. O, təsəlliverici görüşdə qalib gələrsə, bürünc medal uğrunda yarışmaq hüququ qazanacaq.

Bu gün tatamiyə çıxan Nizami İmranov, Turan Bayramov və Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni dayandırıblar.

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

"Report"un məlumatına görə, 52 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Avstraliya təmsilçisi Tinka Eastonla üz-üzə gəlib.

Rəqibini məğlub edən G.Məmmədəliyeva növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/4 finalda italiyalı Odette Qıuffrida ilə qarşılaşacaq.

Bu gün tatamiyə çıxan Nizami İmranov, Turan Bayramov və Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni dayandırıblar.

Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 52 kq çəki dərəcəsində yer alan idmançı 1/16 finalda İsrail təmsilçisi Gefen Primo ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn G.Məmmədəliyeva 1/8 finala yüksəlib.

Nizami İmranov və Turan Bayramov məğlub olub, Ruslan Paşayev (hamısı 66 kq) mübarizəni davam etdirir.

Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.

44 - Tezliklə