Ruslan Paşayev Bakıda keçirilən cüdo üzrə dünya çempionatında mübarizəni dayandırıb - YENİLƏNİB

Fərdi
  • 05 oktyabr, 2026
  • 12:55
Ruslan Paşayev Bakıda keçirilən cüdo üzrə dünya çempionatında mübarizəni dayandırıb - YENİLƏNİB

Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.

"Report"un məlumatına görə, idmançı 1/8 finalda italiyalı Valerio Akkolyiyə uduzub.

Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.

Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.

Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.

"Report"un məlumatına görə, idmançı 1/16 finalda türkmənistanlı Serdar Rahimovu mübarizədən kənarlaşdırıb.