Litva Ukrayna üçün minatəmizləmə koalisiyasının yaradıldığını elan edib
- 18 iyul, 2023
- 22:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Litvanın müdafiə naziri Arvidas Anuşauskas Ukraynaya yardım məqsədilə minalardan təmizləmə koalisiyasının yaradıldığını açıqlayıb.
“Report” xəbər verir ki, bu barədə Baltikyanı ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Koalisiya Litvanın Finlandiya, İslandiya, Norveç, İsveç və tezliklə Danimarka ilə birlikdə təmin etdiyi hərbi təlimdə ukraynalılara yardımın bir hissəsi kimi istifadə olunan “train and equip” (“təlim keç və təchiz et” – red.) prinsipi əsasında qurulur”.
Belə ki, “Ramştayn” formatında görüş zamanı Anuşauskasın izah etdiyi kimi, minatəmizləmə koalisiyası bu sahədə Ukraynaya cari və planlaşdırılan yardımı birləşdirməyə və əlaqələndirməyə imkan verəcək. O, digər dövlətləri də qoşulmağa və yardım göstərməyə dəvət edib.
Minatəmizləmə koalisiyasının üzvləri ukraynalı minatəmizləyicilərə təlim keçmək üçün təlimçi və ya minatəmizləmə avadanlıqları verə bilər.
Litva Müdafiə Nazirliyinin rəhbəri ölkənin öz vəsaiti hesabına Ukrayna üçün aldığı NASAMS buraxılış qurğularının bu ilin payızında gələcəyini də bildirib. İyul ayında Vilnüsün Kiyevə yardım üçün ümumi töhfəsi 24 milyon avro təşkil edir.