​KTMT Ermənistanda hərbi təlim keçirməyə hazırlaşır

Region
  • 09 iyun, 2015
  • 08:25
​KTMT Ermənistanda hərbi təlim keçirməyə hazırlaşır

Bakı.9 iyun. REPORT.AZ/ Ermənistanın Müdafiə Nazirliyində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Çevik Qüvələrinin Kollektiv Əməliyyat təliminin keçirilməsinə hazırlıqla bağlı qərargahların ikinci danışıqlar mərhələsi başlayıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Təlimin bu il sentyabrın 30-dan oktyabrın 4-dək Ermənistanda keçirilməsi planlaşdırılıb.

İki gün sürəcək danışıqlarda təlimin ssenarisi, iştirakçıların sayı müəyyən ediləcək. Habelə, onlar Ermənistandakı "Baqramyan" poliqonuna baxış keçirəcəklər.