Çexiyada "Venom" hərbi helikopteri qəzaya uğrayıb, 1 nəfər həlak olub
Digər ölkələr
- 23 iyul, 2026
- 16:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Çexiyanın Nameşt-nad-Oslavoy şəhərində yerləşən 22-ci bazada "Venom" helikopteri qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə Çexiya Ordusunun "X" sosial şəbəkəsindəki məlumatında bildirilir.
"Helikopterin göyərtəsində 5 hərbçi olub. Hadisə yerində inteqrasiya olunmuş xilasetmə sisteminin bölmələri işləyir. Vəziyyət imkan verən kimi əlavə məlumat dərc edəcəyik", - məlumatda qeyd olunub.
Çexiya mediasının məlumatına görə, hərbçilərdən biri həlak olub.
Fövqəladə xidmətlərin nümayəndəsi Petr Yanaçek hadisə yerinə bir neçə yerüstü xilasetmə bölməsinin, eləcə də helikopterlərin yönləndirildiyini bildirib.
Son xəbərlər
05:47
Ukraynanın beynəlxalq ehtiyatları ilin əvvəlindən bəri 17,8 % azalıb
Digər ölkələr
05:18
ABŞ Senatı dizel razılaşmasından sonra Trampı dərhal kursu dəyişməyə çağırıb
Digər ölkələr
04:52
Panamada daha bir güclü zəlzələ baş verib
Digər ölkələr
04:10
"Reuters" ABŞ-nin Rusiya ilə dizel üzrə sövdələşməni Ukraynaya necə əsaslandırdığını açıqlayıb
Digər ölkələr
03:44
Maykl Cordana məxsus forma hərracda rekord məbləğə satılıb
Komanda
03:08
Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib
Digər ölkələr
02:36
Tramp hesab edir ki, Putin Ukrayna ilə bağlı razılaşma əldə etməyi Zelenskidən daha çox istəyir
Digər ölkələr
02:15
Azərbaycan BMT-də ənənəvi enerji olmadan qısa müddətdə inkişafın mümkünsüzlüyünü vurğulayıb
Xarici siyasət
01:43
Venesuela aclığa son qoymaq üçün plan hazırlayıb
Digər ölkələr