Zelenski Fyodorova baş nazirin müavini postunu təklif edib
- 23 iyul, 2026
- 16:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Ukrayna Prezidenti Volodimir Zelenski sabiq müdafiə naziri Mixail Fyodorova bir neçə vəzifə təklif edib, bunlardan sonuncusu baş nazirin hərbi innovasiyalar üzrə müavini postudur.
"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Zelenskinin bəyanatına istinadən məlumat yayıb.
"Hesab edirəm ki, Mixail (Fyodorov - red.) də komandadadır, mən ona bir neçə vəzifə təklif etdim, sonuncu təklif baş nazirin hərbi innovasiyalar üzrə müavini postudur", - Zelenski bu gün Kiyevdə İrlandiyanın Baş naziri Mixol Martinlə keçirdiyi mətbuat konfransında bildirib.
O, həmçinin ölkənin sabiq baş naziri Yuliya Sviridenkoya Ukraynanın ABŞ-dəki səfiri vəzifəsini təklif etdiyini də bildirib.
Prezident əlavə edib ki, Rustem Umerov üçün yeni vəzifə üzərində düşünür.