Ukraynanın Krasnodara hücumu nəticəsində ölənlərin sayı üç nəfərə çatıb - YENİLƏNİB

Region
  • 22 avqust, 2026
  • 18:09
Ukraynanın Krasnodara hücumu nəticəsində ölənlərin sayı üç nəfərə çatıb - YENİLƏNİB

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Krasnodar diyarına pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində ölənlərin sayı üç nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə Rusiya mediası regionun operativ qərargahına istinadən məlumat yayıb.

"Yeysk xəstəxanasında PUA hücumu zamanı xəsarət alanlardan biri vəfat edib. Ümumilikdə üç nəfər, o cümlədən iki uşaq həlak olub. Bir nəfər xəstəxanadadır", - məlumatda deyilir.

Rusiyanın Krasnodar diyarının Yeysk rayonunda pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində iki nəfər həlak olub, iki nəfər xəsarət alıb.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Veniamin Kondratyev məlumat verib.

Onun sözlərinə görə, həlak olanlar uşaqlardır.

Bundan başqa, PUA qalıqları liman ərazisindəki müəssisəyə düşüb. Orada başlayan yanğın söndürülür.

44 - Tezliklə