Kiyev məhkəməsi Ermənistan vətəndaşını 8 il azadlıqdan məhrum edib

Region
  • 21 yanvar, 2021
  • 13:59
Kiyev məhkəməsi Ermənistan vətəndaşını 8 il azadlıqdan məhrum edib

Kiyev məhkəməsi Ermənistan vətəndaşının 8 il azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Kiyev Şəhər Prokurorluğunun mətbuat xidməti yayıb.

Bildirilib ki, 2019-cu ildə Kiyev şəhərinin Şevçenko Rayon Məhkəməsi Ukraynanın o vaxtkı prezidenti Petro Poroşenko administrasiyasının əməkdaşı Aleksandr Buxtata quldurcasına hücum etdiyi üçün Ermənistan vətəndaşını həbs etmişdi.

Prokurorluğun məlumatına görə, cinayət hadisəsi 2019-cu ilin martında Kiyevdə baş verib. Ermənistan vətəndaşı əlaltıları ilə birlikdə administrasiya əməkdaşının kəllə nahiyəsinə 4 zərbə endiriblər. Nəticədə Aleksandr Buxtat ölüb.

Məlumata görə, müttəhim təqsirini qismən boynun alıb.

44 filmi