İraqın şimalında Türkiyənin 3 hərbçisi şəhid olub - YENİLƏNİB
- 27 noyabr, 2023
- 07:18
Yeniliklərdən dərhal xəbərdar olun!
İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı zonasında Türkiyə ordusuna hücum nəticəsində şəhid olan hərbçilərin sayı 3-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Bundan əvvəl bildirilmişdi ki, hücum nəticəsində Türkiyə ordusunun 2 hərbçisi - baş çavuş Necdet Çalış və müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu əsgər Emrah Gündür şəhid olub.
2 hərbçi isə yaralanıb.
02:03
İraqın şimalında – “Pəncə-Kilid” əməliyyatı zonasında – Türkiyə hərbçilərinə hücum nəticəsində 2 nəfər şəhid olub, 2 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvləri tərəfindən törədilən hücum sonucunda silahdaşlarımız baş çavuş Necdet Çalış və müddətdən artıq xidmət edən hərbi qulluqçu əsgər Emrah Gündür şəhid olub, iki qəhrəman silahdaşımız yaralanıb və dərhal xəstəxanaya göndəriliblər”, – hərbi qurum açıqlayıb.
Milli Müdafiə Nazirliyi vurğulayıb ki, bölgədə əməliyyat davam edir.