İstanbulda avtomobil metronun girişinə çırpılıb, bir nəfər ölüb

Region
  • 30 sentyabr, 2015
  • 08:35
İstanbulda avtomobil metronun girişinə çırpılıb, bir nəfər ölüb

Bakı. 30 sentyabr. REPORT.AZ/ İstanbulda avtomobilin "Kartal" metro stansiyasının girişinə çırpılması nəticəsində bir nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.

Şahidlər isə bildirib ki, avtomobil çox sürətlə gəlirmiş və stansiyanın girişində gözləyənləri əzib. 

Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis qəza ilə bağlı araşdırma aparır.

44 - Tezliklə