İran Hərbi Dəniz Donanmasında kadr dəyişikliyi olub

Region
  • 19 fevral, 2018
  • 16:14
İran Hərbi Dəniz Donanmasında kadr dəyişikliyi olub

Bakı. 19 fevral. REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) Hərbi Dəniz Donanmasının xüsusi qüvvələrinə briqada generalı Sadik Amoui komandan təyin olunub.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu barədə SEPAH-nın Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əli Fədəvi əmr imzalayıb.

Sadik Amoui bu vəzifədə admiral Əsgər Memarini əvəz edib. Sadik Amoui Bəşşar Əsədə bağlı silahlıları təlimatlandırıb.