Gürcüstanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin regional mərkəzi yaradılacaq

Region
  • 24 oktyabr, 2018
  • 14:54
Gürcüstanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin regional mərkəzi yaradılacaq

Tbilisi. 24 oktyabr. REPORT.AZ/ Gürcüstanın Rustavi şəhərində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) regional mərkəzi inşa olunacaq.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu məsələ BQXK-nin Çindəki təmsilçiliyinin nümayəndələri ilə Rustavi meriyasında keçirilmiş görüşdə müzakirə olunub.

Regional mərkəzdə BQXK-nin anbarı ilə yanaşı, təlim-tədris mərkəzinin də inşası nəzərdə tutulub.

Görüşdə iştirak edən Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib ki, Rustavi şəhərində regional mərkəzin inşası üçün sahə ayrılacaq.

BQXK-nin Gürcüstan nümayəndəliyinin baş katibinin müavini Kaxa Mamuladzenin sözlərinə görə, təbii fəlakətlər zamanı regional mərkəzdən yalnız Gürcüstan üçün deyil, Azərbaycan və Ermənistan üçün də istifadə olunacaq: “Rustavi şəhər meriyası və Kvemo Kartli bölgəsinin rəhbərliyi bizimlə əməkdaşlığa hazırdır. Biz bu konsepsiyanı birgə inkişaf etdirəcəyik. Təlim-tədris mərkəzinin də yaradılması təbii fəlakətlərə hazırlığın səviyyəsinin yüksəldilməsi baxımından çox vacibdir”.

44 - Tezliklə