Gürcüstanda 2100-dən çox insan qızılcaya yoluxub

Region
  • 05 mart, 2019
  • 09:47
Gürcüstanda 2100-dən çox insan qızılcaya yoluxub

Tbilisi. 5 mart. REPORT.AZ/ Bu il Gürcüstanda qızılca xəstələyinə yoluxma ilə bağlı 2 100-dən çox faktı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin elmi rəhbəri Paata İmnadze bildirib.

O deyib ki, cari ildə qızılcadan 1 ölüm hadisəsi baş verib: “Gürcüstanda qızılca əleyhinə kifayət qədə peyvənd var və bu xəstəliyin qarşısını yalnız peyvəndlənmə yolu ilə almaq olar”.

P.İmnadze ölkədə qrip virusu ilə bağlı hazırkı vəziyyətə də toxunub. O bildirib ki, ötən ilin dekabr ayı ilə müqayisədə qripə yoluxma halları 2,5 dəfə azalıb.

Mərkəz rəhbəri qeyd edib ki, qrip virusunun yayılması aprel ayının ikinci yarısına qədər davam edəcək. 

44 - Tezliklə