Dünya çempionatı: Rəşid Məmmədəliyev bürünc medal qazanıb - YENİLƏNİB-4
- 06 oktyabr, 2026
- 18:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb.
"Report"un məlumatına görə, o bürünc medal uğrunda görüşdə braziliyalı Daniel Karnini məğlub edib.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq.
"Report"un məlumatına görə, milli üzvü təsəlliverici görüşdə italiyalı Leonardo Valerianini üstələyib.
R.Məmmədəliyev üçüncü yer uğrunda görüşdə Braziliya təmsilçisi Daniel Karninlə qarşılaşacaq.
Medal görüşləri bu gün, saat 18:00-da başlayacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında növbəti görüşünü keçirib.
"Report"un məlumatına görə, milli üzvü 1/4 finalda fransalı Dayyan Bulemtapesə uduzub.
Buna baxmayaraq, Azərbaycan cüdoçusu medal qazanmaq şansını saxlayıb. Belə ki, Məmmədəliyev təsəlliverici görüşdə italiyalı Leonardo Valerianini üstələyəcəyi təqdirdə bürünc medal uğrunda yarışmaq hüququ əldə edəcək.
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatında ikinci qələbəsini qazanıb.
"Report"un məlumatına görə, idmançı 1/8 finalda böyük britaniyalı cüdoçu Etan Nairini məğlub edib.
R.Məmmədəliyev 1/4 finalda fransalı Dayyan Bulemtapes ilə qarşılaşacaq.
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
"Report"un məlumatına görə, idmançı 1/16 finalda Castin Lemiri (Kanada) məğlub edib.
R.Məmmədəliyev 1/8 finalda böyük britaniyalı cüdoçu Etan Nairinlə üz-üzə gələcək.