Gürcüstan prezidenti xarici səfərlərini ləğv etdi
Region
- 10 mart, 2020
- 15:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan prezidenti Salome Zurabişvili dünyada koronavirusun yayılması ilə əlaqədar olaraq xarici səfərlərini ləğv edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Administrasiyasından bildirilib.
Dövlət başçısının Bolqarıstan, Ukrayna və Belçikaya planlaşdırılan səfərləri ləğv olunub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 116 740-a çatıb. Bunların 64 752 nəfəri sağalıb, 4 095 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Son xəbərlər
15:18
Bakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr edilmiş konfransı təşkil olunub
Fərdi15:15
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı açıqlanıb
İnfrastruktur15:10
Xəzərin səviyyəsinin enməsi ilə bağlı dövlətlərarası komissiyasının ilk iclası Azərbaycanda keçiriləcək
Ekologiya15:09
Türk iş adamı: "Aqrar sektorda ucuzluq üçün vasitəçilər olmamalıdır"
ASK15:08
Foto
Beyləqanda 14 şagird qidadan zəhərlənib, araşdırma aparılır - YENİLƏNİB
Sağlamlıq15:00
Foto
III Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
Fərdi14:58
Foto
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşaya gediblər
Xarici siyasət14:50
Amerikalı səyyah: Qədim Xudavəng məbədini ziyarət etməyi hər kəsə tövsiyə edirəm
Qarabağ14:47