Türk iş adamı: "Aqrar sektorda ucuzluq üçün vasitəçilər olmamalıdır"

ASK
  • 09 oktyabr, 2026
  • 15:09
Türk iş adamı: Aqrar sektorda ucuzluq üçün vasitəçilər olmamalıdır

Azərbaycanın aqrar sektorunda vasitəçilər olmasa, kənd təsərrüfatı məhsullar xeyli ucuzlaşar, bu sahədə ciddi inkişaf olar.

"Report" xəbər verir ki, bunu Türkiyənin "Sezer Tarım və Sağım Texnologiyaları" şirkətinin rəhbəri Kağan Hişim Bakıda keçirilən III Beynəlxalq Aqro Biznes Forumunda bildirib.

"Xüsusilə son dövrlərdə istehsalçı ilə istehlakçı arasında xeyli vasitəçi var. Təəssüf ki, onlar məhsulun son qiymətini nəzərə çarpacaq dərəcədə artırırlar. Məsələn, fermer məhsulu 1 manata ərsəyə gətirdiyi halda, biz həmin məhsulu 3 manata alırıq. Nəticədə nə istehsalçı razı qalır, nə də istehlakçı. Azərbaycan vasitəçiləri aradan qaldıran modeli mənimsəsə, yəni bizim səhvlərimizdən dərs çıxarıb eyni səhvi etməsə, düşünürəm ki, daha sürətlə irəliləyə bilər", - deyə o qeyd edib.