​Ermənistanda qohumlarının hərbçilərlə ünsiyyəti məhdudlaşdırılıb

Region
  • 15 aprel, 2016
  • 06:58
​Ermənistanda qohumlarının hərbçilərlə ünsiyyəti məhdudlaşdırılıb

Bakı. 15 aprel. REPORT.AZ/ Ermənistanın Müdafiə Nazirliyi silahlı qüvvələrin həbrçiləri ilə telefon, internet, yaxud sosial şəbəkələrdə xidmətə dair məsələləri müzakirə etməməyə çağırıb.

"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu haqda ölkənin Müdafiə Nazirliyi video-müraciət yayıb.

"Qohumları ilə hərbçilərin ünsiyyətinin məhdudlaşdırılması onların təhlükəsizliyi ilə bağlıdır", - deyə, müraciətdə bildirilib.

Nazirlik ilk fürsətdə hərbçilərin qohumları ilə əlaqə saxlayacaqlarını bəyan edib.